Bakı. Trend:
Cari ilin yanvar-may aylarında İqtisadi Əməkdaşlıq Təşkilatına(İƏT) üzv ölkələrdən Azərbaycana turizm məqsədi ilə səfər etmişəcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 161 min 541nəfər olub.
Trend bubarədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında hesablamaaparıb.
Məlumata görə, bu ölkələrdən Azərbaycana turizm məqsədi iləsəfər edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 29 min 251nəfər və ya 22,1% artıb. Belə ki, 2024-cü ilin yanvar-may aylarındabu ölkələrdən Azərbaycana səfər edənlərin sayı 132 min 290 nəfəridi.
Aşağıdakı cədvəldə İƏT-ə üzv ölkələrdən Azərbaycana turizmməqsədi ilə səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayanşəxslərin sayı göstərilib:
İƏT-ə üzv ölkələr | 2025 (yanvar-may) | 2024 (yanvar-may) |
Türkiyə | 80 251 | 60 827 |
Özbəkistan | 10 814 | 9 738 |
Qazaxıstan | 28 558 | 24 244 |
Qırğızıstan | 2 192 | 1 860 |
Türkmənistan | 6 831 | 7 578 |
Tacikistan | 2 941 | 1 561 |
Pakistan | 23 416 | 21 287 |
Əfqanıstan | - | - |
İran | 6 538 | 5 195 |
Cəmi | 161 541 | 132 290 |
Bu ilin ilk beş ayı ərzində bu ölkələrdən Azərbaycana səfəretmiş şəxslər Azərbaycanda 265 milyon manat pul xərcləyib. Bugöstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47,8 milyon manat vəya 22% çoxdur. 2024-cü ilkin eyni dövründə bu şəxslər Azərbaycanda217,2 milyon manat pul xərcləmişdi. Xərclənən vəsaitin böyükhissəsi nəqliyyat və yerləşmə xərclərinə sərf olunub.
Aşağıdakı cədvəldə İƏT-ə üzv ölkələrdən Azərbaycana turizmməqsədi ilə səfər etmiş şəxslərin ölkədə xərclədiyi vəsaitin həcmimin manat ilə göstərilib:
İƏT-ə üzv ölkələr | 2025 (yanvar-may) | 2024 (yanvar-may) |
Türkiyə | 129 128,60 | 100 966,30 |
Özbəkistan | 18 723,70 | 17 539,40 |
Qazaxıstan | 48 213,50 | 40 480,50 |
Qırğızıstan | 3 285,70 | 2 736,20 |
Türkmənistan | 8 258,50 | 8 343,10 |
Tacikistan | 4 144,20 | 2 244,60 |
Pakistan | 44 187,10 | 38 264,80 |
Əfqanıstan | - | - |
İran | 9 090,50 | 6 620,30 |
Cəmi | 265 032 | 217 195 |
Qeyd edək ki, cari ilin yanvar-may aylarında Azərbaycanadünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrüilə müqayisədə 1,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.Gələnlərin 17,7%-i Türkiyə, 8,6%-i İran, 3,6%-i Qazaxıstan, 2,8%-iPakistan, 1,9%-i Özbəkistan, 1,3%-i Türkmənistan vətəndaşları olub.Gələnlərin 68,9%-ini kişilər, 31,1%-ini qadınlar təşkil edib
Məlumat üçün bildirək ki, İqtisadi Əməkdaşlıq TəşkilatınaPakistan, Türkiyə, İran, Əfqanıstan, Tacikistan, Azərbaycan,Türkmənistan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan üzvdür.