AZ

Azərbaycana ən çox turist haradan gəlib? –SİYAHI

Bu ilin yanvar-may aylarında Azərbaycan Respublikasına dünyanın 178 ölkəsindən 979,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.

Məlumata görə, gələnlərin 24,6 faizi Rusiya Federasiyası, 17,7 faizi Türkiyə, 10,7 faizi Hindistan, 8,6 faizi İran, 4,4 faizi Gürcüstan, 3,6 faizi Qazaxıstan, 2,9 faizi Səudiyyə Ərəbistanı, 2,8 faizi Pakistan, hər birindən 2,0 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və İsrail, hər birindən 1,9 faiz olmaqla Özbəkistan və Çin, 1,4 faizi Ukrayna, 1,3 faizi Türkmənistan, hər birindən 1,0 faiz olmaqla Belarus və Küveyt, 12,2 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 68,9 faizini kişilər, 31,1 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə İsraildən gələnlərin sayı 2,5 dəfə, Tacikistandan – 1,7 dəfə, Çindən – 1,5 dəfə, İordaniyadan – 44,3 faiz, Qırğızıstandan – 39,5 faiz, Yaponiyadan – 35,4 faiz, Pakistandan – 21,1 faiz, Qazaxıstandan – 20,4 faiz, Cənubi Koreyadan – 18,2 faiz, Niderlanddan – 17,7 faiz, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən – 17,5 faiz, Kanadadan – 17,0 faiz, ABŞ-dan – 16,0 faiz, İspaniyadan – 15,7 faiz, Hindistandan – 15,1 faiz, İtaliyadan – 13,2 faiz, Misirdən – 10,6 faiz artıb.

Seçilən
25
50
azpost.info

8Mənbələr