AZ

Ali məktəbə qəbul göstəricilərinə görə lider RAYONLAR

Dövlət İmtahan Mərkəzinin “Abituriyent” jurnalının №12 (2024) buraxılışında rayonlar üzrə ali məktəblərə qəbul faizi ilə bağlı statistik məlumatlar yer alıb.

AzEdu.az xəbər verir ki, hesabatda 2024-cü ildə qəbul faizi baxımından ölkə üzrə lider rayonun Şahbuz olduğu bildirilir. Bu rayonda ümumi məzunların 58,95 faizi ali məktəbə qəbul olunub.

İkinci yerdə Qubadlı gəlir – burada qəbul faizi 57,70 təşkil edib. Ardınca Naxçıvan şəhəri (57,62 faiz), Ordubad (56,89 faiz) və Sumqayıt (56,67 faiz) qərarlaşıb.

Bu göstəricilər rayon üzrə ümumi məzun sayına nisbətdə ali təhsil müəssisəsinə qəbul olanların faizidir və həmin bölgələrdə təhsilin keyfiyyətinə, şagird hazırlığının səviyyəsinə dair önəmli siqnallar verir.

Seçilən
27
50
azedu.az

10Mənbələr