Avronun sürətlə dəyər qazanması Avropadan idxal edilən məhsulların bahalaşmasına səbəb olur.
Xezerxeber.az-ın məlumatına görə, manat dollar qarşısında stabilliyini mütəmadi qoruya bilsə də, avroda bu mümkün olmadı. Bu da xüsusilə avrozonadan idxala təsir etdi.
İqtisadçı-ekspert Xalid Kərimlinin sözlərinə görə, manatın avro qarşısında dəyər itirməsi bu ilin yanvar ayından başlayıb. Bu səbəbdən də həm Avropadan idxal olunan, həm də avro ilə alınan məhsulların qiymətində artım müşahidə olunur. Ərzaq məhsullarında bu artım son 6 ayda 2-3 faiz aralığındadır.
Xalid Kərimli bildirib ki, qiymət artımı daha çox Avropadan idxal olunan avtomobil ehtiyat hissələrində özünü göstərir.
Onun sözlərinə görə, avronun indiki qiyməti Mərkəzi Bankın illik 6 faiz inflyasiya hədəfindən çoxdur. Avronun dəyər qazanması davam edərsə, sözegdən idxal məhsullarının qiyməti daha da arta bilər.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.