AZ

Azərbaycan klubu AFFA və PFL-ə müraciət etdi

style='margin-bottom:10px;'>

Azərbaycanın 1-ci liqasında mübarizə aparan “Bakı Sportinq” AFFA və PFL-ə müraciət edib.

QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bakı Sportinq" AFFA və PFL-dən bütün rəsmi məlumatlarda klubun Buzovna qəsəbəsini təmsil etdiyinin vurğulanmasını istəyib: 

“Ötən mövsümdən futbol üzrə Birinci Liqada mübarizə aparan “Baku Sporting” bu mövsümdən etibarən ev matçlarını Buzovnadakı “Baku Sporting Arena”da keçirəcək. Bununla paralel, 2025/26-cı il mövsümündən etibarən klubumuz Buzovna qəsəbəsini təmsil edəcək. AFFA və PFL-dən xahiş edirik, bundan sonra “Baku Sporting”lə bağlı bütün rəsmi məlumatlarda Buzovna təmsilçisi olmağımız qeyd olunsun”.

Seçilən
0
6
teleqraf.com

5Mənbələr