AZ

"Baku Sportinq" AFFA və PFL-ə müraciət etdi

1-ci liqada mübarizə aparan “Bakı Sportinq” AFFA və PFL-ə müraciət edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

"Bakı Sportinq" AFFA və PFL-dən bütün rəsmi məlumatlarda klubun Buzovna qəsəbəsini təmsil etdiyinin vurğulanmasını istəyib:
“Ötən mövsümdən futbol üzrə 1-ci liqada mübarizə aparan “Baku Sportinq” bu mövsümdən etibarən ev matçlarını Buzovnadakı “Baku Sportinq Arena”da keçirəcək. Bununla paralel, 2025/26-cı il mövsümündən etibarən klubumuz Buzovna qəsəbəsini təmsil edəcək. AFFA və PFL-dən xahiş edirik, bundan sonra “Baku Sporting”lə bağlı bütün rəsmi məlumatlarda Buzovna təmsilçisi olmağımız qeyd olunsun”.
Seçilən
0
6
football-plus.az

5Mənbələr