AZ

Səbail futbolçusunu Şamaxı ya buraxmadı

Fanat saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Premyer Liqada sonuncu yeri tutaraq 1-ci Liqaya yuvarlanan "Səbail"in futbolçusu Emin Rüstəmovun klubunu dəyişmək istəyi baş tutmayıb.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın gənclər yığmasında da çıxış edən müdafiəçi U-21-in də baş məşqçisi olan Ayxan Abbasovun çalışdırdığı "Şamaxı"ya keçidi alınmayıb.

Bayıl təmsilçisi 2027-ci ilin yayına kimi müqaviləsi qüvvədə olan futbolçusunu bölgə klubuna buraxmayıb. 

Qeyd edək ki, 21 yaşlı futbolçu başa çatan mövsümdə "Səbail"in heyətində ümumilikdə 16 matça (12 çempionat, 4 kubok) çıxıb və 1 qolla yadda qalıb.

Mirağa

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
14
fanat.az

10Mənbələr