AZ

“Bu tip bəyanatlar yalnız reallığı pərdələmək cəhdidir”- ŞƏRH

“Ermənistan hakimiyyətinin sülhə sazişinin imzalanmasına hazır olduğunu söyləmək mümkünsüzdür. Hazırda Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarının indiki vəziyyəti də bunu sübut edir”.

Bunu Editor.az-a açıqlamasında siyasi analitik Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Azərbaycan sülh müqaviləsinin harada və nə zaman imzalanacağına həm siyasi, həm də bir qədər texniki məsələ kimi baxır:

“Əslində Azərbaycan üçün bu sazişin harada imzalanmasının prinsipcə heç bir fərqi də yoxdur. Məsələ budur ki, Ermənistan özünün konstruktiv olduğunu iddia etsə də, xüsusilə sülhə gəldikdə bu hiss olunmur. Sülh müqaviləsinin imzalanması istiqamətində ən böyük maneə Konstitusiya dəyişikliyidir. Hansı ki, həmin sənəddə Azərbaycana qarşı ərazi iddialarını özündə ehtiva edən maddələr var. Ermənistan Konstitusiyasında məlum maddələr gələcəkdə də Azərbaycana qarşı ərazi iddialarının qaldırılacağına hüquqi əsas yarada bilər. Bu da Ermənistanın gələcək yaxud mövcud hakimiyyətin əlində Azərbaycana qarşı nə vaxtsa siyasi təzyiq alətinə çevrilə bilər. Buna görə də Konstitusiya dəyişikliyi baş vermədən sülh müqaviləsinin imzalanması mümkünsüzdür”.

A. Quliyev bildirib ki, Ermənistan Konstitusiyasının 2026-cı ilin iyun ayında parlament seçkilərindən sonra dəyişdirilə biləcəyini bəyan edib:

“Beləliklə həmin müddət ərzində sülhün imzalanması mümkün deyil. Nə qədər ki, bu bir il ərzində Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı konkret bir mövqe olmayacaq, bu müddətdə ərzində sülh danışıqları barədə danışmağın da heç bir əhəmiyyəti yoxdur. Bu sırada, Ermənistan XİN rəhbərinin də guya Azərbaycanla sülh danışıqlarında konstruktiv mövqe tutması ilə bağlı bəyanatları yalnız reallığı pərdələmək cəhdidir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
27
50
editor.az

10Mənbələr