Ermənistanın baş naziri Nikol Paşinyan Samvel Karapetyanın həbsi fonunda Ermənistanın Elektrik Şəbəkələri şirkətinin əməkdaşlarını siyasi fəaliyyətə görə işdən çıxarmaqla və məhkəməyə verməklə hədələyib.
Publika.az xəbər verir ki, o, bu barədə sosial şəbəkələrdə yazıb.
"İşdən çıxıb siyasi intriqalarla məşğul olan Ermənistan Elektrik Şəbəkələrinin işçiləri iyulda işdən çıxarılacaq. Ermənistan Elektrik Şəbəkələrinin əməkdaşlarını iclaslarda iştiraka məcbur edənlər məhkəmə qarşısına çıxarılacaq", - Paşinyanın paylaşımında deyilib.
Onun sözlərinə görə, şirkətin “ilk iki qrupa müqavimət göstərən və əmək vəzifələrini yerinə yetirməyə davam edən” işçiləri heç bir problemlə üzləşməyəcək, tələblərə əməl etmədiklərinə görə işdən çıxarılanlar isə iyul ayında işə bərpa olunacaq və onlara ödənilməmiş əmək haqları ödəniləcək.
Qeyd edək ki, "Tashir Group" şirkətinin rəhbəri Samvel Karapetyan Ermənistanda hakimiyyətin hücumları fonunda Erməni Apostol Kilsəsini dəstəklədiyini bəyan etdikdən sonra ona qarşı ittiham irəli sürülüb və həbs edilib.