AZ

Bakıxanovda piyada keçidi silinib, yol nişanı işıqlandırılmır VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində piyada keçidi təhlükə mənbəyinə çevrilib.

Avtosfer.az xəbər verir ki, qəsəbədə parkın yanında yerləşən piyada keçidinin xətləri silinib, ərazidə işıqlandırma isə ümumiyyətlə yoxdur. Bu vəziyyət xüsusilə axşam saatlarında piyadalar üçün ciddi təhlükə yaradır.

Sakinlərin sözlərinə görə, nə “zebra”nın yol nişanı işıqlandırlır, nə də keçidin zolaqları görünür. Yolun kənarında piyada keçidinin izləri demək olar ki, tamamilə itib və bu səbəbdən sürücülər keçidi vaxtında görmür. Nəticədə, piyadalar, xüsusilə də uşaqlar yoldan keçərkən təhlükə ilə üzləşirlər.

Ərazidə yaşayan vətəndaşlar bildirirlər ki, azyaşlı qəzaya düşməkdən son anda xilas ola bilib. Onlar aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını, keçid zolaqlarının, və yol nişanının bərpasını və ərazidə işıqlandırma sisteminin qurulmasını tələb edirlər.

Eltac Zülfüqaroğlu

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
19
48
avtosfer.az

10Mənbələr