AZ

Bu ərazidə yarpaqların arxasında gizlənmiş işıqfor cəriməyə səbəb olur Şikayət var VİDEO

ain.az, Avtosfer saytına istinadən bildirir.

Paytaxtın Yasamal rayonu, Akim Abbasov ilə Abbas Mirzə Şərifzadə küçələrinin kəsişməsində quraşdırılmış işıqfor sürücülərin cərimələnməsinə səbəb olur. Cərimələnən sürücülərdən biri Avtosfer.az-ın “İnstagram” ünvanına müraciət edərək videomaterial göndərib. Şikayətçi bildirib ki, sözügedən küçədəki işıqfor ağacın yarpaqları ilə örtüldüyü üçün sürücülər onu ən son anda stop xəttinə (1.12) çatan zaman görürlər. O, stop xəttini keçəndə işqıforun sarı işığının yandığını və qəza şəraiti yaratmamaq üçün əyləci sıxmadığı bildirib. Bir müddət sonra bununla bağlı sürücüyə cərimə protokolu gəlib. Şikayətçi digər sürücülərin də bu səbəbdən cərimələndiyini əlavə edib. 

Nərmin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
11
avtosfer.az

10Mənbələr