ain.az, Avtosfer saytına istinadən bildirir.
Paytaxtın Nəriman Nərimanov rayonunda qaydalara əməl etməyən sürücü qəzaya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 3-də, paytaxtın Təbriz küçəsində baş verib.
Belə ki, 90-OS-454 qeydiyyat nişanlı "Geely" markalı avtomobilin sürücüsü stop nişanında dayanmayaraq yolayrıcına daxil olub. Bu zaman baş yolla hərəkət edən motosikletin qəfil qarşısına çıxaraq qəzaya düşüb.
Hadisə nəticəsində sağlamlığa zərər dəyməsə də, motosiklet zədələnib. Sürücü maddi ziyanın qarşılandığını bildirib.
Fərid
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.