Elm və Ali Təhsil üzrə Dövlət Agentliyində Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən "Mərkəzi Rəqəmsal Repozitoriya" layihəsinin ilkin görüşü keçirilib.
Bu barədə Agentlikdən məlumat verilib.
Bildirilib ki, layihə çərçivəsində pilot olaraq seçilmiş 11 iştirakçı müəssisədə elmi və akademik məlumatların toplanacağı, qorunacağı və açıq şəkildə istifadəsinin təmin olunacağı müasir rəqəmsal məlumat bazaları yaradılacaq və inkişaf etdiriləcəkdir.
Yaradılacaq repozitoriyalarda nəşr olunan elmi jurnallar, dərc olunan elmi işlər, konfrans materialları, kitablar, müxtəlif layihələr haqqında məlumatlar, eləcə də müəlliflərə dair məlumatlar toplanacaq.