İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) tərəfindən Elm və Təhsil Nazirliyi (ETN) və Dövlət İmtahan Mərkəzinin (DİM) təqdim etdiyi məlumat bazaları əsasında məlumatların dürüstləşdirilməsi prosesi həyata keçirilib.
Xezerxeber.az ki, bu təşəbbüs dövlət informasiya sistemlərindəki məlumat kirliliyinin aradan qaldırılması, rəqəmsal xidmətlərin dəqiqliyinin artırılması və vətəndaşlara daha etibarlı və düzgün təhsil məlumatlarının təqdim olunması məqsədini daşıyır.
İlkin mərhələdə son 15 ilə aid diplom məlumatlarının dürüstləşdirilməsi istiqamətində texniki və analitik işlər həyata keçirilir. Növbəti mərhələdə əsas hədəf bütün mövcud diplom məlumatlarının mərhələli şəkildə dürüstləşdirilməsidir ki, bu istiqamətdə də hazırda planlaşdırma işləri aparılır.
Dürüstləşdirmə prosesi – yəni dövlət qurumları tərəfindən saxlanılan məlumatların reallığa uyğunluğunun yoxlanılması, qeyri-dəqiq və ya təkrar məlumatların ayırd edilməsi və onların etibarlı mənbələrlə dəqiqləşdirilməsi – bu layihənin əsas hissəsidir.
Prosesin əsas məqsədi diplom məlumatlarının aktuallığını təmin etmək, uyğunsuzluqları aradan qaldırmaqdır.
Bəs bu prosesin nə kimi üstünlükləri olacaq?
Təhsil eksperti Kamran Əsədov deyib ki, hazırda bu proses saxta və numunəli olmayan diplomların müəyyənləşdirilməsi üçündür. Onun sözlərinə görə, bu proses gələcəkdə kifayət qədər vakant yerin cıxarılmasına gətirib çıxaracaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.