AZ

Mamasadık Bəkirov: "Qırğızıstan biznes üçün bütün zəruri şəraiti yaradıb"

Qırğızıstan biznesin aparılması və investisiyaların cəlb edilməsi üçün bütün zəruri şəraiti yaradıb.

"Report"un Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə Qırğızıstanın Ticarət-Sənaye Palatasının vitse-prezidenti Mamasadık Bəkirov Şuşada keçirilən 6-cı İƏT biznes forumunda bəyan edib.

O vurğulayıb ki, investorlara, sahibkarlara və rezidentlərə həm hüquqi cəhətdən, həm də praktikada - layihənin başlanğıcından tamamlanmasına qədər hərtərəfli dəstək göstərməyə hazırdırlar: "Ticarət-Sənaye Palatası hər bir layihəni bütün mərhələlərdə müşayiət edəcək".

M.Bəkirovun sözlərinə görə, biznesin inkişafı İƏT-ə üzv ölkələr üçün əsas prioritetlərdən biridir.

"Dövlət başçıları - Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan və digər ölkələrin rəhbərləri iqtisadi əməkdaşlığa böyük əhəmiyyət verirlər. Onlar hər zaman biznesə dəstək göstərirlər", - o əlavə edib.

Seçilən
13
50
report.az

8Mənbələr