Xankəndi. Trend:
İran İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində süni intellektüzrə regional mərkəzin yaradılmasını təklif edib.
Trend-inXankəndiyə ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, bunu İranınPrezidenti Məsud Pezeşkian Xankəndi şəhərində keçirilən İƏT 17-ciZirvə-görüşündə deyib.
“Yeni texnologiyalar və süni intellekt iqtisadiyyatı dəyişir.Əgər ölkələrimiz rəqəmsal transformasiyaya hazır olmasa, onlarqlobal oyunçulardan geri qalacaqlar. Biz İƏT himayəsi altında süniintellekt üzrə ixtisaslaşmış regional mərkəzin yaradılmasını təklifedirik”, – deyə o bildirib.
Məsud Pezeşkian əlavə edib ki, təşkilata üzv ölkələr daxili vəregionlararası marşrutları birləşdirən nəqliyyat infrastrukturunuda gücləndirməlidirlər.
“İran və onun tranzit qonşuları bu prosesdə mühüm rol oynayır.Logistika şəbəkələrinin inkişafı, eləcə də sərhədlərdə vəlimanlarda beynəlxalq standartların təmin olunması zəruridir”, –deyə dövlət başçısı vurğulayıb.