Daha əvvəl xəbər verdiyimiz kimi, Kerem Demirbay "Qalatasaray"ı tərk edib.
Apasport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin yeni klubu bəlli oldu.
Almaniya millisinin sabiq üzvü karyerasını "Eyüpspor"da davam etdirəcək. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Kerem daha əvvəl "Borussiya Dortmund", "Hamburq", "Düsseldorf" və "Bayer" kimi komandaların şərəfini qoruyub.
"Bavariya"nın futbolçusu "Başakşəhər"də - RƏSMİ
Kanada millisinin üzvü "Yuventus" yolunda
İtaliyalı müdafiəçi "Atletiko"da - RƏSMİ
"Yunayted" istədi, "Bornmut"u seçdi - RƏSMİ
Jiru "Lill"də - RƏSMİ