Türkiyənin Edirne vilayətində yerli istehsal olan “Bayraktar Akıncı” pilotsuz uçuş aparatı (PUA) süni intellekt dəstəkli KEMANKEŞ-1 qanadlı mini-raketinin ilk sınaq buraxılışını uğurla yerinə yetirib.
KONKRET.az xəbər verir ki, KEMANKEŞ-1 raketi avtonom rejimdə hədəflərin aşkarlanması, trayektoriyanın hesablanması və missiyanın optimallaşdırılması funksiyalarını yerinə yetirə bilən təkmilləşdirilmiş süni intellekt sisteminə malikdir.
Sınaq Türkiyənin müdafiə sənayesində həm süni intellekt texnologiyalarının, həm də uzun mənzilli pilotsuz uçuş sistemlərinin inteqrasiyası baxımından əlamətdar mərhələ kimi qiymətləndirilir.
Mütəxəssislərin fikrincə, bu uğur Türkiyə Silahlı Qüvvələrinin ağıllı döyüş sursatları və müasir pilotsuz texnika arsenalını daha da gücləndirəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az