Unikal.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Avropada bəzi qüvvələr Moskva ilə Bakı arasında münasibətləri korlamağa çalışırlar".
"Unikal" xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Qriqori Karasin deyib.
"Avropada, o cümlədən Qafqazda bəzi qüvvələr son illərdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə əldə edilən bütün yaxşıları torpedalamağa çalışırlar. Yeri gəlmişkən, Ermənistanla da eyni şey baş verir" , - Karasin bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı təzyiqlər təşkil olunub və geniş cəbhədə aparılır: "Biz sağlam yanaşmalara və bütün bu vəziyyəti konstruktiv şəkildə həll etmək üçün hər cür imkana malik olduğumuza arxalanmalıyıq. Nifrəti qamçılamağa ehtiyac yoxdur. Çünki Qərbdə və Qafqazda keçmiş Sovet İttifaqı xalqlarını çəkişdirmək istəyən qüvvələrin vəzifəsi məhz budur. Bunun baş verməsinə imkan verməməliyik".
Ağarza Elçinoğlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.