Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.
28 nömrəli Uşaq Musiqi Məktəbinin direktor müavini İlahə Mirzəyevanın vəzifəsindən sui-istifadə etməsi ilə bağlı səs yazısı yayılıb.
Bakupost.az xəbər verir ki, Oxu.Az-a daxil olan videoda direktor müavininin həmkarları ilə söhbəti zamanı qeyri-etik ifadələr və təhdidlərdən istifadə etdiyi aydın olur.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi məsələ ilə bağlı sorğuya cavab olaraq bu fikirləri səsləndirib:
"28 nömrəli Uşaq Musiqi Məktəbinin direktor müavini İlahə Mirzəyevanın etik davranış qaydalarına zidd ifadələr səsləndirdiyi səs yazıları ilə bağlı araşdırma aparılıb.
İlahə Mirzəyeva ilə profilaktik söhbət keçirilib və gələcəkdə bu cür hallara yol verilməməsi barədə ona ciddi xəbərdarlıq olunub".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.