“Avropada bəzi qüvvələr Moskva ilə Bakı arasında münasibətləri korlamağa çalışırlar”.
Missiya.Az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq məsələlər komitəsinin sədri Qriqori Karasin deyib.
"Avropada, o cümlədən Qafqazda bəzi qüvvələr son illərdə Rusiya ilə Azərbaycan arasında münasibətlərdə əldə edilən bütün yaxşı nəticələri torpedalamağa çalışırlar. Yeri gəlmişkən, Ermənistanla da eyni şey baş verir”, - deyə siyasətçi vurğulayıb.
Onun sözlərinə görə, bu məsələ ilə bağlı təzyiqlər təşkil olunub və geniş cəbhədə aparılır.
"Bu gün öyrəndik ki, Ukrayna Prezidenti Volodimir Zelenski də bu hücuma qoşulub", - deyə Karasin əlavə edib.
Daşqın HəsənovMissiya.Az