AZ

“Təbriz Oyaqdır”: “Azərbaycanla aramızı vurmağa çalışırlar”

“İranın içində bəzi qüvvələr gərginliyi ölkənin şimalına daşımağa çalışırlar”.

Tribunainfo.az xəbər verir ki, bu fikirlər “Təbriz Oyaqdır” səhifəsində dərc olunmuş məqalədəndir.

Nəşr belə bir cəhdin səbəbini tarixlə əlaqələndirib və qeyd edib: “Çünki Azərbaycana qarşı tarixi nifrətləri var”.

“Təbriz Oyaqdı” vurğulayır ki, Azərbaycanın ən çətin dövrlərində həmin dairələr Bakıya heç bir yardım etməyiblər. “Bu adamlar fəlakətli və işğal dönmində Azərbaycanın yanında olmadılar. İndi də ara vurmağa çalışırlar”.

Səhifə İran prezidenti Məsud Pezeşkianın Azərbaycanla bağlı siyasətini təqdi edib. “Pezeşkian yaxşı bilir ki, Azərbaycanla yaxşı əlaqə qurmaq lazımdır. O anlayır ki, qonşularla düşmən olmaq məntiqsiz işdir”.

Fərda Uğur

Seçilən
0
16
tribunainfo.az

10Mənbələr