AZ

Türkiyə və İraq arasında diplomatik əlaqələr dərinləşir

BAKI, TurkicWorld

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada İraq Nümayəndələr Palatasının sədri Mahmud Meşedani ilə bir araya gəlib.

TurkicWorld xəbər verir ki, Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi rəsmi sosial media hesablarında paylaşım edib.

Görüş zamanı iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələlərinin müzakirə olunduğu bildirilir.

Qeyd edək ki, Meşedani səfəri çərçivəsində dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib, həmçinin TBMM sədri Numan Kurtulmuş ilə də görüş keçirib.

Seçilən
21
50
turkic.world

10Mənbələr