AZ

Maksim Medvedevin təyinatı rəsmiləşib

Maksim Medvedevin "Qarabağ"ın əvəzedici komandamızın baş məşqçisi təyinatı rəsmiləşib.

İdman.biz xəbər verir ki, bu barədə Ağdam klubundan məlumat yayılıb.

"Qarabağ"ın rəhbərliyi Maksim Medvedevin uzun müddət kluba göstərdiyi xidməti və son bir ildə U-14 komandasında məşqçi kimi fəaliyyətini nəzərə alaraq, onu əvəzedici komandanın baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib.

Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14-ün məşqçisi kimi keçirib.

Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçu rekorduna sahibdir.

İdman.biz

Seçilən
0
14
idman.biz

10Mənbələr