Bakı. Trend:
"Qarabağ"ın əvəzedici komandasının yeni baş məşqçisimüəyyənləşib.
Trend klubunrəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Maksim Medvedevətapşırılıb.
Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlımütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.
Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan MaksimMedvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O,“Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçudur.