AZ

Maksim Medvedev “Qarabağ”ın əvəzedici komandasının baş məşqçisi təyin edilib

Bakı, 2 iyul, AZƏRTAC

"Qarabağ"ın əvəzedici komandasının yeni baş məşqçisi müəyyənləşib.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifə Maksim Medvedevə tapşırılıb.

Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr edən 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.

Qeyd edək ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçudur.

Seçilən
27
17
azertag.az

10Mənbələr