Xüsusi icra məmurları haqqında tələblər müəyyənləşir.
Bizim.Media xəbər verir ki, bu, Milli Məclisin iyulun 24-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq "Xüsusi icra məmurları haqqında" qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, xüsusi icra məmuru bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxs hesab olunacaq.
Həmçinin, xüsusi icra məmuru məcburi icra orqanı statusuna malikdir, fəaliyyəti peşəkar əsaslarla həyata keçiriləcək.
Bundan başqa, xüsusi icra məmuru dövlət hakimiyyətinin nümayəndəsi hesab edilməyəcək. İcra məmurunun fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunmayacaq.
Bizim.Media