Dövlət Turizm Agentliyi “Vata” şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.
Valyuta.az xəbər verir ki, şirkət Yaxın Şərq ölkələrində təbliğat xidmətlərinin satın alınması ilə bağlı keçirilən tenderin qalibi seçilib.
Şirkətin qiymət təklifi 529 840 manat olub.
Bu məbləğə Səudiyyə Ərəbistanında və Birləşmiş Ərəb Əmirliklərində yol şousunun, Küveytdə, Omanda və Qətərdə "b2b" tədbirlərinin təşkili, nəhayət, Birləşmiş Ərəb Əmirliklərində şəbəkələşmə tədbirinin keçirilməsi nəzərdə tutulur.
Hüseyn