AZ

Bu ərazilərdə işıq olmayacaq

Bu gün Lənkəran rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

 

Bu barədə Sfera.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

 

Bildirilib ki, Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində 10 kV-luq “Babək” hava xəttində iyulun 3-də təmir işi aparılacaq.

 

Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək rayonun Siyablı, saat 14:00-dan saat 16:00-dək Mollakənd, Narbağı, Rvo, Şovu, Təngivan kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra həmin kəndlər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

 

 

Seçilən
3
50
sfera.az

10Mənbələr