AZ

HƏMAS-dan atəşkəs açıqlaması

HƏMAS İsraillə atəşkəs üçün vasitəçilərin təklifini dəyərləndirdiyini açıqlayıb. Metbuat.az xəbər verir ki, bu barədə HƏMAS bəyanat yayıb. Bəyanatda deyilir ki, vasitəçilər tərəflər arasında fikir ayrılığını aradan qaldırmaq üçün səy göstərir. HƏMAS vasitəçilərin təklifi ilə bağlı yüksək məsuliyyət hissi ilə hərəkət etdiklərini və məsləhətləşmələr apardıqlarını vurğulayıb. Bəyanatda qeyd edilib ki, məqsəd işğalçı qüvvələrin çıxarılmasını və Qəzza zolağında Fələstin xalqına humanitar yardımın çatdırılmasını təmin edəcək razılaşma əldə etməkdir.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İsrailin Qəzzada müvəqqəti atəşkəs şərtlərini qəbul etdiyini açıqlayıb.

Seçilən
12
26
metbuat.az

9Mənbələr