AZ

Trampdan 60 günlük atəşkəs anonsu: “İsrail razılıq verdi, sıra HƏMAS-dadır”

Trampdan

ABŞ-ın prezidenti Donald Tramp Truth Social platformasında sensasion açıqlama ilə çıxış edib. O bildirib ki, nümayəndələri İsrailli rəsmilərlə “uzun və məhsuldar” danışıqlar aparıb və nəticə etibarilə İsrail 60 günlük atəşkəsin şərtlərini qəbul edib.“Bu müddət ərzində müharibənin tam dayandırılması üçün bütün tərəflərlə birgə işləyəcəyik”, – deyə Tramp vurğulayıb.O, eyni zamanda, atəşkəs prosesində vasitəçilik edən Qətər və Misirin HƏMAS-a “son təklif”i təqdim edəcəyini qeyd edib.Tramp ümidvar olduğunu bildirib ki, HƏMAS bu təklifi qəbul edəcək: “Orta Şərqin rifahı üçün ümid edirəm ki, HƏMAS razılaşacaq. Çünki bu, daha yaxşı olmayacaq – yalnız daha da pis olacaq.”Xatırladaq ki, Tramp yaxın günlərdə İsrail baş naziri Netanyahu ilə Vaşinqtonda görüşəcəyini və müzakirə mövzuları arasında Qəzza və İran məsələlərinin də olacağını açıqlayıb.Ulusum.az

Diqqət Çəkənlər

Bir Kursantın Yolunda – Polis Anasının Qəlbindən Qürur və Sədaqət

“Şəkərsiz” və ya “təbii” yazılarına kor-koranə inanma

Viruslar beyni sözün əsl mənasında "sındıra" bilər

Seçilən
7
26
ulusum.az

10Mənbələr