Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Vatikan, 3 iyul, AZƏRTAC
Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo Vatikanda İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, görüşdə Müqəddəs Taxt-Tac ilə İtaliya arasında yaxşı səviyyədə olan mövcud münasibətlər vurğulanıb. Eyni zamanda, ikitərəfli əlaqələrin perspektivləri, kilsə və İtaliya cəmiyyətini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Ukrayna və Yaxın Şərqdə sülhün əldə olunmasının vacibliyini qeyd ediblər. Həmçinin, Qəzzaya humanitar yardımların çatdırılması səylərinə sadiqlik vurğulanıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.