AZ

Monteneqronun Baş naziri Vatikanda Papa Leo ilə görüşüb

Podqoritsa, 4 iyul, AZƏRTAC

Monteneqronun Baş naziri Miloyko Spayiç Vatikanda Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə Monteneqro ilə Müqəddəs Taxt-Tac arasındakı əlaqələrdən danışılıb, ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasından məmnunluq ifadə edilib. Monteneqroda yerli icra hakimiyyətlərinin dini icmalarla əməkdaşlığı da müzakirə olunub.

Miloyko Spayiç iyulun sonuna kimi Monteneqroda Vatikanın yüksək səviyyəli nümayəndəliyinin təyin olunmasının vacibliyini vurğulayıb.

Bundan başqa, Qərbi Balkan regionunda münasibətlər, eləcə də Ukraynadakı müharibə ətrafında da fikir mübadiləsi aparılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Podqoritsa

Seçilən
2
5
azertag.az

10Mənbələr