ain.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.
Nasist Almaniyasının lideri Adolf Hitleri tərifləyən "Heil Hitler" adlı mahnısı Kanye Uestin başına iş açıb.
"Unikal" xəbər verir ki, amerikalı reperin Avstraliyaya girişi qadağan edilib. Bu barədə Avstraliyanın daxili işlər naziri Toni Burk məlumat yayıb.
Nazir bildirib ki, musiqiçinin hazırkı vizası mayın əvvəlində təxribat xarakterli trek yayımlanandan dərhal sonra ləğv edilib. Onun sözlərinə görə, mahnı böyük səs-küyə səbəb olub və "Spotify", "Apple Music" və "YouTube" daxil olmaqla əksər yayım platformalarından silinib.
Gülayə Mecid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.