AZ

Bilgəh çimərliyində bədbəxt hadisə

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib.

Axşam.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, iyunun 14-ü Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Fuad Fəyyaz oğlu Musayev suya tullanarkən ehtiyatsızlıqdan xəsarət alıb.

Xəstəxanaya çatdırılan 22 yaşlı oğlanın boyun fəqərələrinin sındığı və sinirlərinin zədələndiyi məlum olub.

Tibbi yardıma baxmayaraq, F.Musayev iyulun 1-i xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
19
axsam.az

10Mənbələr