AZ

Bilgəh çimərliyində boynu sınan gənc öldü

Bakıda çimərlikdə ağır xəsarət alan gənc vəfat edib.

News24.az Qafqazinfo-ya istinadən bildirir ki, iyunun 14-ü Bilgəh qəsəbəsindəki dəniz çimərliyində Bakı şəhər sakini 2003-cü il təvəllüdlü Fuad Fəyyaz oğlu Musayev suya tullanarkən ehtiyatsızlıqdan xəsarət alıb.

Xəstəxanaya çatdırılan 22 yaşlı oğlanın boyun fəqərələrinin sındığı və sinirlərinin zədələndiyi məlum olub.

Tibbi yardıma baxmayaraq, F.Musayev iyulun 1-i xəstəxanada ölüb.

Faktla bağlı araşdırmalar aparılır.


Seçilən
17
19
news24.az

10Mənbələr