AZ

Vanq Yi: “Çin heç vaxt Aİ üçün problem mənbəyi olmayıb və olmayacaq”

ain.az, Ayna portalına istinadən məlumatı açıqlayır.

“Çin hakimiyyəti Avropa tərəfi ilə qarşılıqlı əlaqədə onun rasional və praqmatik mövqeyinə ümid edir”

“Çin Xalq Respublikası heç vaxt Avropa İttifaqı (Aİ) üçün problem mənbəyi olmayıb və olmayacaq. Çin hakimiyyəti Avropa tərəfi ilə qarşılıqlı əlaqədə onun rasional və praqmatik mövqeyinə ümid edir”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri Çinin xarici işlər naziri Vanq Yi deyib.

Brüsseldə Çin-Avropa Strateji Dialoqunun 13-cü raundunda iştirak edən Vanq Yi deyib ki, “Avropa müxtəlif çağırışlarla üzləşir, lakin onların heç biri keçmişdə, indi və gələcəkdə Çindən gəlməyib".

Çin XİN rəhbəri ümid etdiyini bildirib ki, Avropa İttifaqı “Çin haqqında obyektiv və rasional baxış formalaşdıracaq və ona qarşı daha müsbət və praqmatik siyasət aparacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
50
ayna.az

10Mənbələr