AZ

İran diplomatı: ” İsrailin  Azərbaycanda hərbi bazası yoxdur”

Vətəninfo.az xəbər verir ki,  İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin İranın Xəbər telekanalının “Cəhane-Emrouz” proqramına telefon vasitəsilə müsahibəsində maraqlı detallara toxunub: “Azərbaycan rəsmiləri həmişə deyiblər ki, heç bir ölkəyə, hətta İsrailə də ölkə ərazisindən və onun hava məkanından İslam Respublikasına qarşı istifadəyə icazə verməyəcəklər. Onlar sözlərinə həmişə sadiq qaldılar.Tam əminliklə deyirəm İsrailin Azərbaycanda hərbi bazası yoxdur.
Azərbaycan Konstitusiyasına görə heç bir ölkənin Azərbaycanda hərbi bazası ola bilməz. Azərbaycanda sonuncu xarici hərbi baza Rusiyaya məxsus idi ki, o da ləğv edilib. Biz Azərbaycanla  əlaqələri gücləndirməliyik. Bəzi qüvvələrin məqsədlərindən biri də İran və Azərbaycan arasında əlaqələri korlamaqdır. Biz qonşularla dostluğu qorumaqla yanaşı təhlükəsizlik məsələsini də nəzərdə saxlamalıyıq. Azərbaycan Qafqazın ən önəmli strateji ölkəsidir və bizim bu ölkə ilə dostluq əlaqəmiz var. “

Seçilən
16
50
veteninfo.az

10Mənbələr