Metbuat portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Qalatasaray"ın transfer etmək istədiyi Viktor Osimhen karyerasını Premyer Liqada davam etdirmək istəyir.
Metbuat.az xəbər verir ki, bir sıra klubların təkliflərinə baxmayaraq futbolçu İngiltərə nəhənglərindən birində transfer olmaq istəyir. İtaliya mətbuatının xəbərinə görə, “Yuventus” Osimheni transfer etmək istəsə də, razılaşma əldə olunmayıb.
Qeyd edək ki, “Qalatasaray”ın Viktor Osimhenin transferi ilə bağlı ”Napoli” ilə anlaşdığı barədə xəbərlər dərc edilib. “Qalatasaray” futbolçunu isə hələlik razı sala bilməyib. Viktor Osimhenə ən yüksək təklifi “Əl Hilal” klubu irəli sürmüşdü. “Əl Hilal” “Napoli”yə 70+5 milyon avro, Viktor Osimhenə isə illik 45 milyon avro təklif etmişdi. İddialara görə, futbolçu təklifi rədd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.