Türkiyə Super Liqasında 2025/2026 mövsümünün püşkü atılıb.
İdmanxeber.az-ın məlumatına görə, püşkatmanın ardından çempionatda derbilərin keçiriləcəyi turlar bəlli olub. “Fənərbağça” – “Trabzonspor” 5-ci, “Qalatasaray” – “Beşiktaş” 8-ci, “Beşiktaş” – “Fənərbağça” və “Qalatasaray” – “Trabzonspor” 11-ci, “Fənərbağça” – “Qalatasaray” 14-cü, “Trabzonsspor” – “Beşiktaş” qarşılaşması isə 16-cı turda baş tutacaq.
Super Liqa avqustun 8-də start götürəcək.