AZ

Nikolo Zaniolo “qoçuluğuna” görə cərimələndi

Türkiyənin “Qalatasaray” klubunun 26 yaşlı hücumameyilli yarımmüdafiəçisi Nikolo Zaniolo İtaliya prokurorluğu tərəfindən cərimələnib.

Arena.az bu barədə “La Gazzetta dello Sport” nəşrinə istinadən məlumat verir.

Zaniolo 15 min avro məbləğində pul cəriməsi ödəməyə mükəlləf edilib. Buna səbəb, italyan futbolçunun 2024/2025-ci illər mövsümünün ikinci yarısında icarə əsasında “Fiorentina”da çıxış etdiyi vaxt yol verdiyi qeyri-idmani davranışdır. Belə ki, daha əvvəl yayılmış məlumata görə, Zaniolo “Roma”nın paltardəyişmə otağına sərxoş halda soxularaq, “canavarlar”ın gənc oyunçularını döyüb.

İtaliya Federal Prokurorluğunun rəhbəri Cüzeppe Çine müvafiq cəzanı bir neçə yüngülləşdirici halı əsas gətirərək qəbul edib. Belə ki, təhqiqat, Zaniolo tərəfindən heç bir, sillə, yumruq və təpik vurulmadığını müəyyənləşdirib. Bundan başqa, hadisədən sonra sərxoşluqdan ayılmış və peşmanlıq hissi keçirmiş futbolçu özünün sosial şəbəkə hesabları üzərindən ictimai surətdə üzrxahlıq edib, həmçinin istintaqa köməklik göstərib.

Xatırladaq ki, Nikolo Zaniolo vaxtilə “Roma”da çıxış edib. Lakin italiyalı futbolçu həmin dövrdə klub rəhbərliyi ilə fikir ayrılığı yaşadığı üçün “Qalatasaray”a satılıb.

Seçilən
3
2
arena.az

10Mənbələr