AZ

Xankəndində İƏT-nin sammitinin təşkil edilməsi ölkəmizin geo-siyasi gücünü bir daha təsdiq edir - Deputat

Bakı. Trend:

Bu gündən Azərbaycanın Xankəndi şəhəri yüksək səviyyəlibeynəlxalq tədbirə - İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ciZirvə Görüşünə ev sahibliyi edəcək. Builki zirvə görüşünün əsasmövzusu dayanıqlı iqtisadi inkişaf və iqlimə uyğun regionaləməkdaşlığın qurulmasıdır. Bu Azərbaycanın strateji olaraqdəstəklədiyi istiqamətlərdən hesab olunur.

Trend xəbər verir ki, bunu Milli Məclisinİqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü VüqarBayramov sosial şəbəkə hesabındakı paylaşımında yazıb.

O bildirib ki, 570 milyon əhalisi ilə 2 trilyon 610 milyarddollarlıq nominal və 8 trilyon 830 milyard dollarlıq real ümumidaxili məhsula sahib olan İƏT artıq regional deyil, qlobal gücmərkəzlərindən hesab olunur:

"Son 10 ildə təşkilata üzv ölkələrdə iqtisadi artım 4.0 faizəyaxın olub. 2023-cü ildə isə təşkilata üzv dövlətlərininiqtisadiyyatı orta hesabla 3.7 faiz böyüyüb ki, bu da 2.8 faizlikqlobal artımdan daha yüksəkdir.
Xankəndində İƏT-nin sammitinin təşkil edilməsi regiondakı yenidüzən fonunda ölkəmizin geo-siyasi gücünü bir daha təsdiq edir.Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrləəməkdaşlığı daha da dərinləşdirir. İƏT-də Azərbaycanın stratejiəməkdaşlıq etdiyi ölkələr var. Həmin ölkələrlə əməkdaşlığın daha dadərinləşməsi Azərbaycanın xarici siyasətində prioritetməsələdir".

"Bu baxımdan Xankəndidə keçiriləcək İqtisadi ƏməkdaşlıqTəşkilatının sammiti bir yandan təşkilata üzv dövlətlər arasındaəlaqlələrin dərinləşməsinə, iqtisadi əlaqələrin, eləcə də stratejiəməkdaşlıq münasibətlərinin daha da genişlənməsinə xidmət edəcək.Bu, bütövlükdə təşkilata üzv ölkələr arasında əməkdaşlığıngüclənməsi üçün imkandır. Bu kontekstdən Azərbaycan beynəlxalqtədbirlərə mütəmadi olaraq ev sahibliyi edir. İƏT sammitininAzərbaycanda keçirilməsi bütövlükdə təşkilatın işinə töhfə verməkləyanaşı, ölkələr arasında münasibətlərin dərinləşməsinə xidmətedir",- deyə deputat əlavə edib.

Məqalədə:
Seçilən
12
29
az.trend.az

10Mənbələr