AZ

Rusiyaya göstərilən adekvat reaksiya: "Dünya Azərbaycanın qətiyyətini gördü..."

"Rusiya ilə Azərbaycan arasındakı münasibətlər dostluq səviyyəsində olmağa məhkumdur. Öncəliklə bir-birinə çox yaxın dövlətlərdir. Eyni zamanda, xalqlar arasında tarixi bağlılıq var, Çar Rusiyası və SSRİ kimi böyük imperiyaların, eləcə də, bir sıra dövlətlərin tərkibində yaşayıblar. 2 milyondan artıq soydaşımız orada yaşayır, işləyir, ailəsini dolandırır. Yaxın iqtisadi, ticari əlaqələr qurulub. Amma bütün bunlar o demək deyil ki, sən "güclüyəm" deyib, məni aşağılayasan".

Bu sözləri AĞ Partiya başqanının sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Sitat.info-ya açıqlamasında bildirib. 

O qeyd edib ki, indiyə qədər Azərbaycan tərəfindən verilən cavablar tam yerində idi: " Adekvat reaksiya göstərildi. Sənin soydaşın sənə necə əzizdirsə, mənimki də həmçinin elədir. Sən dövlət qürurunu öndə tutursansa, mənim dövlət qürurum səndən daha öndədir, mənim üçün. Unutma ki, dünya keçmişlərdəki dünya deyil. İmperiyalar, imperiya xəyalları, "mən imperiya xalqıyam" düşüncəsi tarixə gömülüb. Qurulan dövlətlərarası münasibətlərə sadiqlik nümayiş etdirəcəksənsə, bunun adekvat cavabını görəcəksən, yox əksi olacaqsa, yenə də adekvat cavab alacaqsan. Son gərginliklər bunun əyani sübutu oldu. Bütün dünya Azərbaycanın qətiyyətini gördü, 44 günlük II Qarabağ savaşının boşuna qazanılmadığının bir daha şahidi oldu. Rəsmi Bakı daim balanslı siyasət yürüdüb, bu gün də o siyasətə sadiqdir. Amma "bıçaq sümüyə dirəndi"...".

 C.Abbaslı bundan sonra Bakı-Moskva əlaqələrinin necə olacağı barədə də təxminlərini bölüşdü: "Bu əlaqələr yaxın olmaq məcburiyyətindədir. Hər iki dövlətin bir-birindən asılı olan tərəfləri var. Bunu qətiyyən unutmaq olmaz. Düşünürəm ki, bundan sonra gərginlik səngiyən templə azalacaq və dövlətlərarası münasibətlərdə yaxınlıq müşahidə olunacaq. Əslində bunu hər kəs arzulayır. Amma dediyim kimi hər bir dövlətin imici var və o dövlət müstəqildirsə,  bu imici qorumaq borcudur. Ali Baş Komandan da daim bütün dünyada Azərbaycanın imicini daha da yüksəkliklərə qaldırmaq, nüfuzunu daha da artırmaq xəttini yürüdür. Bundan sonra da bu xətt davam etdiriləcək. Bunu şimal qonşumuz və bir sıra güclər yaxsı anlasın. Allah Azərbaycanımızı qorusun".

Nigar,

Sitat.info

 

Seçilən
18
16
sitat.info

10Mənbələr