"Liverpul"un futbolçusu Dioqo Jota dünyasını dəyişib.

Offsideplus.az xəbər verir ki, bu barədə İspaniyanın "MARCA" nəşri məlumat yayıb.

O, Zamora əyalətində yol qəzasında həyatını itirib.

Jota 2020-ci ildən bəri "Liverpul"da çıxış edirdi. Portuqaliyalı futbolçu Mersisayd klubunda 182 oyuna 65 qol vurub.