AZ

Təhsil idarəçiləri haqqında nə bilirik?- Mərkəzi Aranın RTİ-nin müdiri...

Son illərdə ölkənin təhsil sistemində aparılan islahatlar bölgələrdə idarəetmənin gücləndirilməsini də zəruri edib. Bu baxımdan regional təhsil idarələrinin müdirləri önəmli fiqurlar sayılır.

Onların təhsili, ixtisası və peşəkar bacarıqları isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Məhz bu səbəbdən idarəçilərin kimliyi və hazırlıq səviyyəsi ictimai maraq doğurur.

Bəs, təhsil idarələrinə rəhbərlik edən şəxslər kimlərdir və onlar bu vəzifəyə hansı təhsil və ixtisasla gəliblər?

AzEdu.az bu suallara cavab tapmaq üçün təhsil idarəçiləri haqqında məlumatlar paylaşacaq.

Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbəri kimdir?

Bu təhsil idarəsinə hazırda Həmid Qasımov rəhbərlik edir. 

Həmid Qasımov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetində “Fizika” ixtisası üzrə, 2014-2018-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə” ixtisası üzrə bakalavr təhsili alıb.

2019-2021-ci illərdə Bakı Mühəndislik Universitetində “Təhsil üzrə menecment” ixtisası üzrə magistratura təhsili alıb.

O, 2008-2015-ci illərdə İsmayıllı rayonu Xəlilli kənd tam orta məktəbində müəllim, daha sonra direktor müavini, 2015-2020-ci illərdə Azərbaycan Tələbələri Birliyində sədr müavini və sədr, 2020-2021-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində baş mütəxəssis, 2021-2024-cü illərdə Elm və Təhsil Nazirliyində aparıcı məsləhətçi vəzifələrində çalışıb.

Bu təyinatadək o, Dağlıq Şirvan Regional Təhsil İdarəsində müdir müavini işləyib.

Seçilən
18
50
azedu.az

10Mənbələr