AZ

Azərbaycan-Özbəkistan münasibətləri yeni mərhələyə qədəm qoyur- ÖZƏL

"Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə həyata keçirilən xarici siyasət Azərbaycanın beynəlxalq aləmdə nüfuzunu getdikcə artırır, dostluq körpüləri daha möhkəm təməl üzərində dayanır. Qeyd edək ki, bu strateji xəttin ən parlaq nümunələrindən biri də Mərkəzi Asiya istiqamətində atılan ardıcıl və məqsədyönlü addımlardır. Xüsusilə, Özbəkistanla münasibətlər yüksək səviyyədə inkişaf etdirilir. Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri, imzalanan sənədlər, keçirilən görüşlər təkcə protokol tədbirləri yox, həm də xalqlar arasında mənəvi bağların, ortaq tarixin və taleyin təntənəsidir". "Olaylar" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "
"Əsrlərin dərinliklərindən boylanan münasibətlər bu gün dövlətlərarası səviyyədə yeni mərhələyə qədəm qoyur. Azərbaycan və özbək xalqları ortaq mədəniyyət, eyni dil ailəsinə mənsubiyyət, dini dəyərlər və milli ənənələrlə bir-birinə bağlıdır. Bu bağlar tarixlə, gen yaddaşı ilə möhkəmlənib. Məhz 1995-ci ilin 2 oktyabrında qurulan diplomatik əlaqələr bu gün strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında mədəni, iqtisadi, sosial sahələrdə qarşılıqlı əlaqələr genişlənir. Azərbaycanla Özbəkistan beynəlxalq müstəvidə çiyin-çiyinə irəliləyir. Türk Dövlətləri Təşkilatından BMT-yə qədər müxtəlif platformalarda hər iki dövlət bir-birini dəstəkləyir, ortaq maraqları müdafiə edir. Hər addımda səsləri bir, mövqeləri eynidir. Özbəkistanın Azərbaycanın haqq savaşında - 44 günlük Vətən müharibəsində nümayiş etdirdiyi qətiyyətli mövqe isə qardaşlıq əlaqələrinin təcəssümüdür. Özbəkistan münaqişənin tarixə qovuşmasında Azərbaycanın ədalətli mövqeyə daim açıq və birmənalı dəstək verib. Özbək diplomatiyası beynəlxalq təşkilatların tribunalardan Azərbaycanın ərazi bütövlüyünü müdafiə edən çağırışlar səsləndirib, qardaşlıq və prinsipiallığın rəmzinə çevrilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
50
olaylar.az

10Mənbələr