AZ

Zelenski Avropa liderləri ilə Rusiyaya sanksiyaları müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski Danimarkanın Baş naziri Mette Frederiksen, Avropa Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Leyen ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

Danimarkanın Avropa İttifaqı Şurasında sədrliyə başlaması münasibətilə baş tutan görüşdə Ukraynanın Avropaya inteqrasiyası və danışıqlar klasterlərinin açılması məsələləri müzakirə edilib.

“Biz artıq birincisini açmağa tamamilə hazırıq və bu il bütün qalanlar üçün hazır olacağıq. Bunun Danimarkanın sədrliyi altında ortaq nailiyyətə çevriləcəyinə ümid edirik”, - paylaşımda deyilir.

Tərəflər həmçinin Rusiyaya təzyiq və Avropa İttifaqının 18-ci sanksiyalar paketini, Ukraynaya hərbi yardımın davam etdirilməsini və SAFE proqramını müzakirə ediblər.

“Danimarkaya və Avropa İttifaqına güclü və ardıcıl dəstəklərinə görə təşəkkür edirəm. Biz insan həyatlarını qoruyur və sülhü yaxınlaşdırırıq. Biz dostluğumuzu və tərəfdaşlığımızı qiymətləndiririk”, - Zelenski yazıb.

Seçilən
6
9
operativmedia.az

10Mənbələr