Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-dəXankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməlini qoyub.
Trend xəbər verir ki, rəqəmsal inkişaf və nəqliyyat naziri RəşadNəbiyev və “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmovdövlətimizin başçısına görüləcək işlər və “Ağdam-Xankəndi dəmiryolu” layihəsi barədə məlumat verdilər.
Bildirildi ki, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olanAğdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yanyollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yoluxətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yoluxətti boyunca 3 stansiyanın - Əsgəran və Xocalı stansiyalarının,Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin, mühəndisqurğularının, körpülərin, yolötürücülərin, avtomobil, piyada vəkənd təsərrüfatı təyinatlı keçidlərin və digər zəruriinfrastrukturun tikintisi nəzərdə tutulur. Layihənin icra müddəti2025–2026-cı illəri əhatə edəcək.
Diqqətə çatdırılıb ki, artıq Xankəndi Dəmir Yolu və AvtovağzalKompleksinin layihələndirilməsinə başlanılıb. Kompleksin sahəsi 6,4hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmiryolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdətutulub. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibbməntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati vətoplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras vəistirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsigündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinəxidmət edəcək.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü vərəhbərliyi ilə Ağdam–Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub.Qarabağın inkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər buregiona dəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi.Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağınsosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənib.