Xankəndi. Trend:
Qarqar çayının sağ sahilində, 6,4 hektar ərazidə Xankəndi DəmirYolu və Avtovağzal Kompleksi tikiləcək. Artıq Kompleksinlayihələndirilməsi işlərinə başlanılıb.
Bunu Trend-inXankəndiyə ezam olunmuş müxbirinə "Azərbaycan Dəmir Yolları" QSC-inictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yoluplatformasının və 12 avtobus dayanacağının inşası nəzərdətutulub.
“Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibbməntəqəsi, ana-uşaq otağı, mağazalar, restoranlar, uşaq əyləncəmərkəzi, açıq terras və istirahət guşələrindən ibarət olacaq.
Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər,avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.
Kompleksə çay ətrafında bulvar, körpülər, perron altı keçiddaxildir. Bundan başqa avtomobil dayanacaqları, elektrikavtomobilləri üçün enerji doldurma cihazları, velosiped yolu vədayanacağı nəzərdə tutulub.”
B.Hacıyev qeyd edib ki, Xankəndi Dəmir Yolu və AvtovağzalKompleksi əvvəlki vağzalla müqayisədə şəhər mərkəzinə 4 km dahayaxın məsafədə yerləşir.
“Bu da gələcəkdə şəhər sakinlərinin ictimai nəqliyyataəlçatanlığını təmin edəcək.
Ümumiyyətlə, Bərdə-Ağdam dəmir yolu xəttinin davamı olanAğdam–Xankəndi dəmir yolu xəttinin uzunluğu 28 kilometr, yanyollarla birlikdə 34,7 kilometrdir. Ağdam–Xankəndi dəmir yoluxətti, o cümlədən 4 körpü, 5 yolötürücü, 3 piyada keçidi, 2suötürücü boru üzrə layihələndirmə işləri tamamlanıb. Bu dəmir yoluxətti boyunca Əsgəran və Xocalı stansiyalarının, Xankəndi DəmirYolu və Avtovağzal Kompleksinin, mühəndis qurğularının, körpülərin,yolötürücülərin, avtomobil, piyada və kənd təsərrüfatı təyinatlıkeçidlərin və digər zəruri infrastrukturun tikintisi nəzərdətutulur. Layihənin icra müddəti 2025–2026-cı illəri əhatəedəcək.
Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi iləAğdam–Xankəndi dəmir yolu 1979-cu ildə inşa olunub. Qarabağıninkişafına hər zaman böyük diqqət yetirən Ulu Öndər bu regionadəmir yolu xətlərinin çəkilməsinə xüsusi əhəmiyyət verirdi.Bakı–Yevlax–Xankəndi dəmir yolunun açılması nəticəsində Qarabağınsosial-iqtisadi və mədəni inkişafı daha da sürətlənmişdi”, - deyə oqeyd edib.