AZ

Juan Pedro “Çelsi”də - 63 milyonluq transfer

Braziliya millisinin və “Brayton”un mərkəz hücumçusu Juan Pedro bundan sonra “Çelsi”nin uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

Britaniya mətbuatının yazdığına görə, “Çelsi” 23 yaşlı hücumçunun transferi üçün “Brayton”a ümumilikdə 63,7 milyon avro ödəyib. Braziliyalı futbolçu ilə müddəti 2033-cü ilin iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.

Juan Pedro Braziliyanın “Fluminense” klubunun yetirməsidir. O, İngiltərədə “Uotford”un da formasını geyinib. “Brayton” braziliyalı hücumçunu 2023-cü ilin yayında 34,2 milyon avro müqabilində heyətinə qatmışdı. Pedro “Brayton”un heyətində 70 oyuna 30 qol vurub, 10 məhsuldar ötürmə müəllifi olub.

Tam adı Joao Pedro Junkeyra de Jezus olan futbolçu 2023-cü ilin noyabrında debüt etdiyi Braziliya millisində 3 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 23 yaşlı hücumçunun transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
15
50
arena.az

10Mənbələr